13.6 C
Gence
13.5 C
Ganja

Sakinlər işıqsız qalan küçələrindən narahatdırlar

Gəncədə daha bir küçə qaranlıqda qalıb. Bu haqda Gencexeber.az-a 31 oktyabr tarixində məlumat daxil olub.

Bu hal şəhərin Əttarlar küçəsinin ikinci döngəsində müşahidə edilir. Adıçəkilən ərazidə işıqlandırma sistemi mövcud deyil. Hava qaralanda küçə zülmətə qərq olur.

Sakinlərin sözlərinə görə, bu hal avtomobillər və küçə ilə hərəkət edən piyadalar üçün təhlükə yaradır. Onlar ərazinin işıqlandırılmasını xahiş edirlər.

Ən Çox Oxunan