16.4 C
Gence
16.4 C
Gence

Sürət həddini aşan sürücü qəzaya səbəb olub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 14 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Elbrus Allahverdiyev küçəsində qeydə alınıb. “VAZ 2107” markalı avtomobil yüksək sürətlə küçə ilə hərəkət edən zaman qarşıdan gələn “Mercedes”lə toqquşub.

Nəticədə birincinin sərnişini xəsarət alıb. Onun qabırğası qırılıb və burnu əzilib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan