13.6 C
Gence
13.5 C
Ganja

Sülh və Rüstəm Əliyev küçələrinə asfalt örütüyü salınır

Gəncədə iki küçə təmir olunur. Bu haqda Gencexeber.az-a 1 noyabr tarixində məlumat daxil olub.

Söhbət Sülh və Rüstəm Əliyev küçələrinin birinci, ikinci, üçüncü və dördüncü döngələrindən gedir. Adıçəkilən ərazilərə texnika və canlı qüvvə cəlb olunub.

Rüstəm Əliyev küçəsindəki avtomobil yolunun səthi bərabərləşdirilib və asfaltlanması üçün hazırlanır. Döngələrdə isə avtomobil yollarına bir qat asfalt örtüyü salınıb.

Bundan başqa, Sülh küçəsində asfaltlama işləri aparılıb və yekunlaşıb. Növbəti mərhələdə yol nişanları və xətləri çəkiləcək.

Ən Çox Oxunan