Gəncədə daha bir ərazidə piyada keçidi silinib. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektindən gedir. Burada – Gəncə-Daşkəsən Regional Təhsil idarəsi binasının qarşısında piyada zolağı var idi. Lakin həmin “zebra” silinib. Bu da piyadaların təhlükəsiz hərəkətinə maneə yaradır.
Sakinlər bildirirlər ki, ərazidə yol nişanları qoyulsa da, bəzi sürücülər məhəl qoymadan yol vermirlər, bəzi hallarda isə sürəti belə azaltmırlar.