Gəncədə növbəti küçədə təmir işləri aparılır. Bu haqda Gencexeber.az-a 11 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Rafael Həsənov küçəsindən gedir. Əraziyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb olunub.
Burada avtomobil yoluna asfalt örtüyü salınır.
Bir neçə gün öncə isə küçədə piyada səkisinin kənarına yeni bordürlər düzülüb.