Sözügedəcək küçənin sakinləri işıqlandırmadan narazıdırlar. Bu haqda məlumat avqustun 16-sı Gencexeber.az-a daxil olub.
Söhbət General Əliağa Şıxlinski küçəsindən gedir. Şəhərdə işıqlandırma ilə bağlı aparılan işlər artıq yekunlaşmaq üzrədir. Ətraf küçələrdə yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Burada isə hələ də köhnə, sıradan çıxmış işıq dirəkləri fəaliyyətsiz halda ucalmaqdadır.
Sakinlər məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ediblər, lakin nəticə olmayıb. Bu vəziyyətin dəyişilməməsi onları gileyləndirir.