Gəncədə bir müddət öncə işıqlandırdığımız yer asfaltlanıb. Bu haqda Gencexeber.az-a 18 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Ruzigar Qasımov küçəsi və Atatürk prospektinin kəsişməsindən gedir. Burada yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsi qazılmışdı. Sözügedən hal avtomobillərin hərəkətində çətinliklər yaradırdı.
Həmin əraziyə asfalt örtüyü salınıb. Lakin illərdir ağzı açıq qalan kanalizasiya quyusunun üstü örtülməyib.