24.7 C
Gence
24.7 C
Gence

İşıqforun qırmızı işığında keçən sürücü qəzaya səbəb olub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 19 sentyabr tarixində məlumat daxil olub.

Hadisə 28 May küçəsi və Nizami prospektinin kəsişməsində “Yeni Gəncə dairəsi” adlanan ərazidə qeydə alınıb. “VAZ 21015” və “VAZ 2107” markalı iki minik avtomobili toqquşub. Qəzaya səbəb ikinci maşının işıqforun qırmızı işığında keçməsi olub.

Nəticədə xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Ən Çox Oxunan