Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 13 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Ələkbər bəy Rəfibəyli və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobil Rəfibəyli küçəsindən çıxan zaman əsas yola diqqət yetirməyib. Bu vaxt o, Hacıbəyov küçəsindən gələn “Volkswagen”ə çarpılıb.
Nəticədə “Mercedes”də olan iki qadın sərnişin xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb olunublar. Sərnişinlər xəstəxanaya aparılıblar.
Qeyd edək ki, sözügedən dördyolda bir neçə saatdır işıqfor işləmir.