Gəncədə sakinlərin sıx istifadə etdikləri küçələrdən biri qazılıb. Bu haqda Gencexeber.az-a 11 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin Ruzigar Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsindən gedir. Burada yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsi qazılıb.
Sakinlərin sözlərinə görə, ərazi artıq bir həftədən çoxdur ki, bu vəziyyətdədir. Sözügedən hal avtomobillərin hərəkətində çətinliklər yaradır.
Qeyd edək ki, bundan başqa, işıqforun yanında yerləşən kanalizasiya quyusunun qapağı yoxdur. Lük uzun müddətdir ki, açıqdır.