14.7 C
Gence
14.7 C
Gence

Qaydaları pozan sürücülərə qarşı monitorinq tədbiri təşkil edilib

Gəncədə növbəti reyd keçirilib. Bu haqda məlumat iyulun 16-sı sosial şəbəkələrdə paylaşılıb.

Gəncə şəhəri Dövlət Yol Polisi idarəsinin əməkdaşları şəhərdə növbəti yoxlama tədbirlərini keçiriblər. Reyd zamanı Rusiya istehsalı olan avtomobillərin sürücülərinin nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi edib, yaylara müdaxilə etmələri aşkar olunub. Birinin isə ön dövlət qeydiyyat nişansız küçələrdə hərəkət etdiyi aşkar edilib.

Bildirilib ki, əvvəlki reydlər zamanı aşkar olunan qayda pozuntuları ilə müqayisədə yollarda vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyi müşahidə edilib. Tabesizlik göstərən, konstruksiya dəyişikliyi edən, qaydaları pozan sürücülərin sayı xeyli azalıb.

Ən Çox Oxunan