13 C
Gence
13 C
Gence

Qanun pozan sürücünün avtomobili cərimə meydançasına aparılıb

Gəncədə avtomobil polis tərəfindən saxlanılıb. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. DYP əməkdaşları “VAZ 2107” markalı avtomobili saxlayıblar. Buna səbəb maşının dövlət qeydiyyat nişanı olmadan sürülməsi olub.

Məlum olub ki, sürücü yaxınının toyuna gedir. O, nömrə yerinə “Qardaşım evlənir” yazısını yazaraq yapışdırıb. Bundan başqa, maşında konstruksiya dəyişikliyi olub.

Sürücü bir müddət polis əməkdaşlarına müqavimət göstərib. Bundan sonra evakuator çağırılıb və avtomobil cərimə meydançasına aparılıb.

Ən Çox Oxunan