Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 25 may tarixində məlumat daxil olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsinin 28 May küçəsində qeydə alınıb. “Opel” markalı avtomobil “H2O” avtomobil yuma məntəqəsinin qarşısında qadağan olunmuş yerdə dönmə əməliyyatı edən zaman “Mercedes”lə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.