13.6 C
Gence
13.5 C
Ganja

Qəzalı lüklər təmir olunur

Gəncədə bir neçə küçədə lüklər yenilənir. Bu haqda Gencexeber.az-a 8 noyabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Şota Rustaveli, Məmməd bəy Rzayev, Sadiq Rəhimov, Cahangir Abdullayev, Zülfüqar Məmmədov və Valiyyə Kazımbəyli küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə texnika və canlı qüvvə çalışır.

Həmin küçələrdə avtomobil yollarında olan qəzalı lüklər təmir edilir. Yol səthindən aşağıda və ya yuxarıda yerləşən quyular asfalt örtüyü ilə bərabərləşdirilir.

Ən Çox Oxunan