5.8 C
Gence
5.8 C
Gence

Qəza nəticəsində aşan işıqfor yerinə qoyulmayıb

Gəncədə yol kəsişmələrinin birində qəzada aşan işıqfor yerinə qoyulmayıb. Bu haqda Gencexeber.az-a 29 iyul tarixində məlumat daxil olub.

Söhbət şəhərin Nizami prospekti və Şəddadilər küçəsinin kəsişməsindən gedir. Bir müddət öncə burada gecə saatlarında toy kortejində qəza baş vermişdir. Avtomobil ərazidə yerləşən işıqforlardan birini aşırmışdır.

Həmin hərəkət tənzimləyicisi əraziən aparılıb, lakin yerinə yenisi qoyulmayıb.

Sakinlərin sözlərinə görə, bu hal bir həftəyə yaxındır davam edir.

 

Ən Çox Oxunan