Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 10 mart tarixində məlumat daxil olub.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Kia” markalı avtomobil prospekt ilə yüksək sürətlə hərəkət edərək işıqforun qırmızı işığında keçib. Bu vaxt nəqliyyat vasitəsi İsrafil Məmmədov küçəsindən Heydər Əliyev prospektinə dönən “Mercedes”lə toqquşub. Zərbənin gücündən sonuncu bir neçə dəfə fırlanaraq 20 metr aralıqda dayanıb.
Qəza zamanı hər iki maşının sürücüsü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.