Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 1 aprel tarixində məlumat daxil olub.
Hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. 2 nömrəli məktəbin yanında avtobus qəfil dayanıb. Nəticədə arxadan gələn “Mercedes”in sürücüsü qəza törətməmək üçün sərt manevr edib. Lakin avtomobil idarəetmədən çıxıb. “Mercedes” piyada səkisinə çıxıb və oradakı işıq dirəyini aşırıb.
Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.