14.7 C
Gence
14.7 C
Gence

İşıq dirəkləri olan, lakin qaranlıq qalmış ərazi işıqlandırılıb

Gəncədə uzun məsafədə qaranlıq qalmış ərazi işıqlandırıldı. Bu haqda məlumat iyunun 15-i Gencexeber.az-a daxil olub.

Sözügedən məsələ Atatürk prospektində 500 metr, Ruzigar Qasımov küçəsində isə 250 metr məsafədə müşahidə olunurdu. Ərazidə iyunun 9-dan 13-dək işıq dirəklərində plafonlar yandırılmamışdır.

Dünən axşam saatlarında çətinlik aradan qaldırılıb və ərazi tam işıqlandırılıb.

Qeyd edək ki, Atatürk prospekti və Ruzigar Qasımov küçəsinin qaranlıq olması haqda 3 gün öncə məlumat vermişdik.

Xatırladaq ki, bu il martın 15-i istifadə edilməyən işıqlandırılma sistemləri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən açıqlama verilmişdir.

Ən Çox Oxunan