Gəncədə şəhərin mərkəzində tıxac əmələ gəlib. Bu haqda Gencexeber.az-a 20 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şah İsmayıl Xətai ilə Heydər Əliyev prospektlərinin kəsişməsindən gedir. Adıçəkilən ərazidə elektrik enerjisi təchizatı dayandırılıb. Burada yerləşən işıqforların heç biri işləmir.
Nəticədə həmin küçədə tıxac yaranıb. Sakinlərin sözlərinə görə, hal-hazırda transformator təmir olunur.