10.3 C
Gence
10.3 C
Gence

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 28 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin İsax Cəfərov küçəsində qeydə alınıb. Avtomobil yolu keçən şəhər sakini N.Hüseynovanı vurub. Qadın xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Keçirilən əməliyyatlar nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Ən Çox Oxunan