Gəncədə bəzi lüklər təhlükə yaradır. Bu haqda Gəncexeber.az-a 16 sentyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin bir sıra küçələrində müşahidə olunur. Qəmbər Hüseynli, Şota Rustaveli, Ozan və İsrafil Məmmədov küçələrində quyular asfalt örtüyünün səviyyəsindən yuxarıda və ya aşağıda yerləşir. Müseyib Bağırov, Məmməd Səid Ordubadi, Qara Namazlı, Cavad Xan və Ruzigar Qasımov küçələrində isə lüklər qapaqsızdır. Bu səbəbdən sakinlər xəbərdarlıq məqsədilə lüklərin içərisinə taxta, plastmas və digər materiallar salıblar.
Adıçəkilən lüklərın cari vəziyyəti avtomobil və piyadalara çətinlik və bəzi hallarda təhlükə yaradır.