10.3 C
Gence
10.3 C
Gence

Piyadalar trasda yolu nə cür keçsinlər?

Sürətli yolda piyada zolaqları yoxdur. Bu haqda məlumat sentyabrın 24-ü Gencexeber.az-a daxil olub.

Sözügedən hal 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin qarşısında müşahidə edilir. Ərazidə piyadaların təhlükəsiz olaraq yolu qarşı tərəfə keçmələri üçün müvafiq işlər görülməyib. Yolun hərəkət hissəsində “zebra” xətləri yoxdur.

Sakinlər lazımi işlərin aparılmasını və işıqforun qoyulmasını arzu edirlər. Onların sözlərinə görə, yol çoxzolaqlı olduğundan nəqliyyat vasitələri sürətlə hərəkət edirlər. Bu səbəbdən piyadalar üçün daim təhlükəli vəziyyət yaşanır.

 

Ən Çox Oxunan