Gəncədə bir müddət öncə əsən güclü küləyin bəzi fəsadları aradan qaldırılmayıb. Bu haqda Gencexeber.az-a 1 aprel tarixində məlumat daxil olub.
Söhbət Bülbül küçəsində yerləşən evlərdən birinin yanından gedir. Burada hasarın üstündəki dəmir parçası piyadalar üçün təhlükəli vəziyyət yaradır.
“Ayın 4-ü külək olanda bu hasar gördüyünüz hala düşdü. Yaxınlıqda 4 nömrəli məktəb yerləşir. Uşaqlar bu küçə ilə dərsə gedib-gəlirlər. Piyada səkisinin həmin hissəsi lentə alınıb. Lakin bu, digər təhlükə yaradır. Uşaqlar avtomobil yolu ilə hərəkət etməli olurlar”,- deyə sakinlər bildirir.