19.7 C
Gence
19.7 C
Gence

Piyadalar üçün nəzərdə tutulmuş bu işıqfor fəaliyyət göstərmir

Gəncənin mərkəzində yerləşən işıqforlardan biri işləmir. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.

Söhbət Atatürk prospektindən gedir. “Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında quraşdırılmış piyadalar üçün işıqfor bir neçə gündür fəaliyyət göstərmir. Bu hal sakinlər üçün çətinlik və bəzən təhlükə yaradır.

Onlar yolu ya işıqforsuz keçərək qəza təhlükəsi ilə üzləşir, ya da bir qədər qarşıda yerləşən piyada keçidindən istifadə etməli olurlar.

Ən Çox Oxunan