14.7 C
Gence
14.7 C
Gence

Piyadalar daha bir ərazidə yolu keçməkdə çətinlik çəkirlər

Piyadaların yolu təhlükəsiz keçmələri üçün müvafiq tədbirlər görülməyib. Bu haqda oktyabrın 3-ü Gencexeber.az-a məlumat daxil olub.

Sözügedən hal Nizami prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində müşahidə edilir. Ərazidə piyada zolağı silinib. Bu səbəbdən sakinlər yolun nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan hissəsindən keçməkdə çətinlik çəkirlər.

Sakinlər deyirlər ki, işıqforun qarşısında “zebra” xətləri olub. Lakin uzun müddətdir ki, silinən işarə bərpa edilməyib.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzinin qarşısında piyada zolaqlarının olmaması haqqında xəbər vermişdik.

 

Ən Çox Oxunan