25.4 C
Gence
18.5 C
Ganja

Piyada yol-nəqliyyat hadisəsinin qurbanı olub

Gəncədə piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 18 sentyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Heydər Əliyev prospektində gecə saatlarında qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107 “markalı minik maşını yolu keçmək istəyən 39 yaşlı piyadanı vurub. Daha sonra “Ravon” markalı avtomobilə çarpılıb. Nəticədə piyada hadisə yerindəcə dünyasını dəyişib. 

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili cəlb olunub.

Qeyd edək ki, hadisəni törədən Kənan adlı şəxs Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.