Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 13 noyabr tarixində Report-a istinadən xəbər veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə bir nəfər dünyasını dəyişib.
Bundan başqa, qəza zamanı 21 yaşlı Zöhrab Hüseynov və 19 yaşlı Çingiz Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.