Gəncədə daha bir küçədə təmir işləri gedir. Bu haqda Gencexeber.az-a 8 noyabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Nizami prospektində aparılır. Adıçəkilən əraziyə qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda prospektdə avtomobil yolu və piyada səkisində yerə döşənən tamet daşları təmir edilir. Yerindən çıxmış daşlar yeniləri ilə əvəz olunur.