19.7 C
Gence
18.5 C
Ganja

Narkotik təsiri altında maşın sürən şəxs tutulub

Gəncədə sakin narkotikin təsiri altında sükan arxasına oturub. Bu haqda 23 fevral tarixində Avtosfer-ə istinadən məlumat veririk.

Yol Polisi Şöbəsinin əməkdaşları “LADA Priora” markalı avtomobilin sürücüsü, şəhər sakini Vüsal Quliyevi saxlayıblar. Onun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından tibbi müayinədən keçirilib və fakt öz təsdiqini tapıb. Məhkəmənin qərarı ilə sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 sutka müddətinə inzibati qaydada həbs edilib.

Həmçinin monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin şəxslər saxlanılıb, onlarla profilaktiki söhbət aparılıb və barələrində müvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.