Gəncə şəhər sakini polis tərəfindən saxlanılıb. Bu haqda 3 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
Qax Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəzarət-yoxlama tədbirləri keçiriblər. Nəticədə Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb. Yoxlama zamanı sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Sübuta yetirilib ki, sürücü narkotik vasitənin təsiri altında avtomobil idarə edib.
Həmçinin “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbirlər zamanı atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində protokol tərtib olunub.
Tural Məmmədov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.