Gəncə şəhərinin mərkəzi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 6 aprel tarixində Gəncəxəbər.az xəbər verir.
Hadisə şəhərin Nəriman Nərimanov prospekti, 420 ünvanında qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Gülüstan yolu” adlanan ərazidə “İnfiniti” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında yerləşən ağaca, dirəyə və “Ford” markalı avtomobilə dəyib.
Avtomobillərə və ətrafa ciddi ziyanın dəydiyi qəzada xəsarət alan olmayıb.