Gəncədə daha bir ərazidə piyada keçidi silinib. Bu haqda Gencexeber.az-a 25 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Yeni Gəncə yaşayış massivində – “Nəhəng daş” Ticarət Mərkəzinin qarşısında müşahidə olunur. Burada piyadaların təhlükəsiz hərəkəti üçün çəkilmiş zolaqlar silinib.
Nəticədə sakinlərin yolu qarşı tərəfə keçməsi çətinləşib və təhlükəli olub.