Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 18 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. “Ford” markalı yük avtomobili və motosiklet hərəkətdə olan zaman toqquşub.
Nəticədə motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.