13.6 C
Gence
13.6 C
Gence

Motosiklet minik maşınına çarpılıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “KİA” markalı avtomobil hərəkətdə olan zaman motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan