16.4 C
Gence
16.4 C
Gence

Minik avtomobilləri üz-üzə toqquşub: xəsarət alan var

Gəncədə minik avtomobillərinin iştirakı ilə qəza baş verib. Bu haqda noyabrın 21-i Gencexeber.az-a məlumat daxil olub.

Hadisə şəhərin Tağı Arani küçəsində “Metallurq” stadionunun yanında qeydə alınıb. Ərazidə “Renault” və “VAZ-2106” markalı minik maşınları toqquşub.

Bildirilib ki, “VAZ-2106”nın sürücüsü xəsarət alıb. Kişi xəstəxanaya yerləşdirilib. Vəziyyəti haqqında məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, “VAZ-2106” sürücüsü ötmə əməliyyatı edərkən səhvə yol verib. Bu səbəbdən üzbəüz hərəkətdə olan “Renault”a çarpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan