19.1 C
Gence
19.1 C
Gence

“Mercedes” motosikletlə toqquşub

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 26 may tarixində məlumat daxil olub.

Hadisə Nizami küçəsində qeydə alınıb. 41 nömrəli tam orta məktəbin qarşısında “Mercedes” markalı avtomobil hərəkətdə olan motosikletlə toqquşub.

İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Motosikletin sürücüsü özünü pis hiss etdiyi üçün “Mercedes”in sahibi onu xəstəxanaya aparıb.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan