Gəncədə bir sıra küçələrin asfalt örtüyü yoxdur. Bu haqda Gencexeber.az 8 aprel tarixində məlumat verir.
Bu hal şəhərin Mahrasa bağı yaşayış massivində də müşahidə olunur. Ərazidə yollara asfalt örtüyü salınmayıb. Yağmurlu hava şəraitində küçələr palçıq və gölməçələrlə dolur. Bu da sakinlərin gediş-gəlişini çətinləşdirir.
“Bir balaca yağış yağan kimi palçıq içində batırıq. Ayyaqabılarımız bir yana, paltarlarımız da kirlənir. Maşınların altı dağılır quyulara düşməkdən. Üzü yaya doğru gedir. Havalar isinəcək, hər yan toz olacaq. Yollarımızın asfaltlanmağını, qəsəbəmizin abadlaşdırılmağını istəyirik”, – deyə qəsəbə əhalisi bildirir.