5.8 C
Gence
5.8 C
Gence

Maşınların sıx hərəkət etdikləri yolda “zebra” bərpa edilib

Gəncə şəhər Təhsil İdarəsinin qarşısında “zebra” xətləri çəkilib. Bu haqda məlumat mayın 21-i Gencexeber.az-a daxil olub.

Sözügedən işlər şəhərin Atatürk prospekti ilə Aida İmanquliyeva küçəsinin kəsişməsində görülüb. Aidiyyəti qurumun əməkdaşları adıçəkilən qurumun qarşısında yolun üzərindəki piyada keçidi xətlənməsini bərpa ediblər.

Xatırladaq ki, bu məsələ bir müddət öncə işıqlandırılmışdır. Təhlükəli hal bundan ibarət idi ki, avtomobil hərəkətinin sıx olduğu ərazidən piyada yolu 18 saylı tam orta məktəbə aparır.

Valideynlər söyləyirdilər ki, maşınlar oradan sürətlə keçir. Sakinlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini istəyirdilər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan