16.4 C
Gence
16.4 C
Gence

Maşın yolun hərəkət hissəsində dayanmış avtomobillə toqquşub

Axşam saatlarında qəza baş verib. Bu haqda məlumat noyabrın 25-i Gencexeber.az-a daxil olub.

Hadisə noyabrın 24-ü saat 19:30 radələrində Mehmandarov küçəsində qeydə alınıb. “Araz” marketin qarşısında dayanmış “VAZ-21015” markalı avtomobilə “Mazda” markalı maşın çarpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Şahidlərin sözlərinə görə, irəliləyən “Mazda”nın qarşısına yolun hərəkət hissəsində park edilmiş “VAZ-21015” çıxıb. Sürücü dərhal manevr edə bilməyib və bu zaman toqquşma baş verib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılıb.

 

Ən Çox Oxunan