21.4 C
Gence
20.5 C
Ganja

Maşın 52 yaşlı piyadanı vuraraq həyatına son qoyub

Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı avqustun 1-i Report-a istinadən veririk.

Şəhər ərazisində minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 52 yaşlı Cəlil Cənnətovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.