5.8 C
Gence
5.8 C
Gence

Məktəblərin qarşısında “zebra” xətləri yenilənib

Təhsil ocaqlarının qarşısında piyadaların təhlükəsiz hərəkəti təmin edilib. Bu haqda məlumat sentyabrın 9-u Gencexeber.az-a daxil olub.

Məktəblilərin avtomobil yolunda təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər görülüb. Sözügedən işlər 25 və 39 saylı tam orta məktəblərin qarşısında aparılıb.

Həmin ərazilər ictimai nəqliyyatın sıx hərəkət etdiyi yollardır. Bu səbəbdən yeni tədris ilinin başlanması ilə əlaqədar aidiyyəti qurumun əməkdaşları yolun üzərindəki piyada keçidi xətlənməsini bərpa ediblər.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan