Gəncədə daha bir ərazidə lükün qapağı yoxdur. Bu haqda Gencexeber.az-a 24 may tarixində məlumat daxil olub.
Sözügedən mənzərə şəhərin Mehrablı küçəsində müşahidə olunur. 8 nömrəli tam orta məktəbin arxasında, avtomobil yolunun ortasında yerləşən artezian quyusunun ağzı açıqdır. Lükün içinə bir neçə ədəd tullantı da tökülüb.
“Küçənin asfalt örtüyü onsuz da yararsız haldadır, yol örtüyü nahamardır. Lükün qapağının olmaması yollardakı vəziyyəti daha da çətinləşdirir. Yanındakı quyunun üstünə qapaq qoyub, asfalt töküb, bağlayıblar. Amma həmin yer çökür”, – deyə sakinlər bildirirlər.