Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Apa-ya istinadən iyunun 10-u veririk.
Qəza şəhərin çıxışında, “Əllərin dairəsi” adlanan ərazidə qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.
Nəqliyyat vasitəsinin sürücüsü, 21 yaşlı Nəsib Abdullazadə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

