Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 18 mart tarixində məlumat daxil olub.
Hadisə Nizami prospektində, “Kontakt Home” mağazasının qarşısında baş verib. “Lada Granta” markalı avtomobilin sürücüsü dönmə əməliyyatı edən zaman qəzaya səbəb olub. Belə ki, prospektlə hərəkət edən “VAZ-21011” “Lada”ya çarpılıb.
Nəticədə xəsarət alan olmayıb. Əraziyə yol polisi əməkdaşları cəlb ediliblər.