Gəncənin mərkəzi küçələrinin birində lükün qapağı yoxdur. Bu haqda 15 aprel tarixində Gəncəxəbər.az xəbər verir.
Sözügedən lük Şah İsmayıl Xətai prospektində yerləşir. Körpünün yanında olan lük sakinlər üçün açıq təhlükə mənbəyinə çevrilib. Piyada səkisində yerləşən lükun təmir olunacağı günü sakinlər səbirsizliklə gözləyirlər.