5.8 C
Gence
5.8 C
Gence

“Komsomolun dördyolu”nda işıqfor yerinə qaytarılıb

Gəncədə işıqfor quraşdırılıb. Bu haqda məlumat avqustun 4-ü Gencexeber.az-a daxil olub.

İşlər Nizami prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində, “Komsomolun dördyolu” adlanan ərazidə aparılıb. Aidiyyəti qurumun əməkdaşları orada əvvəl yerləşən işıqforu yerinə qaytarıblar.

Qeyd edək ki, yol tənzimləyicisi ötən ayın 24-ü demontaj edilmişdir və təmir üçün götürülmüşdür. Səbəb həmin yolda hərəkət edən toy karvanı olub. Kortejdən bir maşın qəza törədərək işıqfora çırpılmışdır. Nəticədə qurğu zədələnmişdir.

 

Ən Çox Oxunan