Gəncənin mərkəzində olan kəsişmədə işıq təchizatı kəsilib. Bu haqda məlumatı mayın 25-i Gencexeber.az-a daxil olub.
Sözügedən hal şəhərin Şah İsmayıl Xətai prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində müşahidə edilir. Orada yol kənarı obyektlərdə elektrik təminatı yoxdur.
Qeyd edilən kəsişmədə işıqforlar işləmir. Sürücülər ərazidə hərəkət etməktə çətinlik çəkir.