15.3 C
Gence
15.3 C
Gence

İki “VAZ” toqquşub, biri yoldan çıxıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 22 aprel tarixində məlumat daxil olub.

Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. “Sevincim” şadlıq sarayının qarşısında “VAZ-2107” markalı avtomobil geriyə dönmə əməliyyatı etməyə hazırlaşıb. Bu vaxt onun arxasınca hərəkət edən “VAZ-2106”nın sürücüsü həmin maşına məhəl qoymayaraq yolun qarşı tərəfinə çıxıb.

Nəticədə avtomobillər toqquşub. Daha sonra “VAZ-2106” idarəetmədən çıxaraq səkinin üstünə qalxıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Ən Çox Oxunan