21 C
Gence
21 C
Gence

İki sürücü narkotik təsiri altında avtomobil idarə edib

Gəncədə yol polisi bir neçə sürücünü saxlayıb. Bu haqda 24 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “VAZ” və “Hyundai” markalı avtomobillərin sürücüləri Elsevər Qeybəliyev və Cavidan Xasayev narkotik vasitənin təsiri altında avtomobil idarə etdiklərinə görə saxlanılıblar. Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bundan başqa, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Onlar saxlanılaraq profilaktiki söhbətə cəlb ediliblər və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Ən Çox Oxunan