Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 16 may tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. İki “Niva” markalı avtomobil hərəkətdə olan zaman toqquşub. Nəticədə nəqliyyat vasitələrindən biri yoldan çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmayıb. Bildirilir ki, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.